...

CHP: Xocalıda insanlıq əleyhinə cinayət törədilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2016 16:36 (UTC +04:00)
Türkiyə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və şəhidləri rəhmətlə yad edir.
CHP: Xocalıda insanlıq əleyhinə cinayət törədilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı açıqlamasında Xocalıda insanlıq əleyhinə cinayət törədildiyini bildirib.

Ö.Yılmaz Trend-ə daxil olan açıqlamasında qeyd edib: "Xocalıda insanlıq əleyhinə cinayət törədilib və bu mənfur cinayəti şiddətlə qınayırıq".

O deyib ki, Türkiyə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və şəhidləri rəhmətlə yad edir: "Azərbaycanla münasibətlərimiz "bir millət, iki dövlət" prinsipinə əsaslanır. Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti