...

Politoloq: Ermənistan ABŞ-dakı danışıqlar fonunda Dağlıq Qarabağda vəziyyəti gərginləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2016 15:17 (UTC +04:00)
Ermənistan uzun illərdir qoşunların təmas xəttində atəşkəs rejimini pozur və təxribatla məşğul olur.
Politoloq: Ermənistan ABŞ-dakı danışıqlar fonunda Dağlıq Qarabağda vəziyyəti gərginləşdirir

Bakı. Trend:

Ermənistan uzun illərdir qoşunların təmas xəttində atəşkəs rejimini pozur və təxribatla məşğul olur. Hazırda vəziyyətin gərginləşməsi əlbəttə ki, miqyaslı xarakter daşıyır və ümumi geosiyasi gərginlik fonunda baş verənlər çox güman ki, Ermənistan tərəfinə belə təxribat hərəkətləri üçün hansısa əsaslar verir.

Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq deyib: "Çox güman, Yerevanda düşünürlər ki, əgər dünyada vəziyyət olduqca gərgindirsə və qabaqcıl dövlətlər hazırda Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində dünya xarakterli problemlərlə məşğuldursa və nüvə silahının yayılmamasından narahatdırlarsa, bu vəziyyətdən istifadə etmək və Ermənistan-Azərbaycan zonasında vəziyyəti lokal səviyyyədə gərginləşdirmək üçün əsas var".

O, əlavə edib ki, Azərbaycan layiqli cavab verib və işğal edilmiş ərazilərdə qruplaşdırılmış Ermənistan silahlı qüvvələrinin bir çox mövqelərinə zərbə endirib: "Azərbaycan sülh prosesinin tərəfdarıdır, lakin nümayiş etdirdik ki, vəziyyət gərginləşərsə və Ermənistan tərəfindən təxribatlar olarsa, Azərbaycan həmişə cavab zərbəsi endirməyə və bütün hərbi potensialından istifadə etməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti