...

Hərbi Prokurorluğun əməliyyat-istintaq qrupu cəbhə bölgəsində araşdırmalara başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 19:32 (UTC +04:00)
Aprelin 1-dən etibarən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.
Hərbi Prokurorluğun əməliyyat-istintaq qrupu cəbhə bölgəsində araşdırmalara başlayıb

Bakı. Samir Əli - Trend:

Aprelin 1-dən etibarən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.

Trend-in xəbərinə görə, cəbhə xəttində baş verənlərlə bağlı araşdırma aparmaq üçün respublika hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun rəhbərlik etdiyi istintaq-əməliyyat qrupu cəbhə bölgəsindədir. Hərbi Prokurorluğun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirirlər.

Faktı Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə polkovniki Əfrahim Təhməzov təstiqləyib və Hərbi Prokurorluğun mərkəzi aparatının məsul əməkdaşlarının cəbhə bölgəsində olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti