...

Uorlik: Dağlıq Qarabağda ATƏT-in monitorinq qrupunun genişləndirilməsinə tərəflər razılıq verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2016 13:15 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləro İlham Əliyev və Serj Sarkisyan Qarabağda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsi üzrə razılığa gəliblər
Uorlik: Dağlıq Qarabağda ATƏT-in monitorinq qrupunun genişləndirilməsinə tərəflər razılıq verib

Bakı. Trend:

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Qarabağda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsi üzrə razılığa gəliblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, hər tərəfdən yüksək vəzifəli rəsmi şəxslərin cəlb edilməsi ilə münaqişənin nizamlanması üzrə geniş danışıqların davam etdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti