...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır - Latviya prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2016 04:05 (UTC +04:00)

Bakı. Trend:

Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.

Trend-in məlumatına görə, bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Latviya prezidenti Veyonis Raymonds deyib.

Raymonds qeyd edib ki, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti