...

Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2016 11:42 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.
Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.

ABŞ dövlət katibi Con Kerrinin bu yaxınlarda səsləndirdiyi bəyanatını şərh edən həmsədr qeyd edib ki, Kerri münaqişənin sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə sadiqdir.

C.Kerri bəyan etmişdi ki, Azərbaycan və Ermənistan liderləri münaqişənin həllinə hazır deyillər.

O bildirib: "Tərəflərin münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə işə sadiq qalmaları da vacibdir. Mən bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar və artıq masada olan təkliflər üzərində işləməyə hazırdır, eləcə də Ermənistan rəhbəri ilə gələcək müzakirələrə hazırdır. Biz Vyana və Sankt-Peterbuqda üzərimizə götürülən öhdəliklərə əməl etmək istərdik, hərçənd hələ də işin davam etdirilməli olduğu məqamlar var. Biz bütün bunları prezidentlərin növbəti görüşündə müzakirə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti