...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2016 11:29 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır. Bu sözləri bu gün Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

C.Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburqda görüşünün baş tutacağına ümid etdiyini bildirib. Həmsədr növbəti sammitin də təşkil olunması üçün prezidentlərlə çalışmaqda davam etdiklərini qeyd edib.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində dekabrın 8-9-da ATƏT xarici işlər nazirlərinin iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti