...

ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2016 14:59 (UTC +04:00)
ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir
ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir (YENİLƏNİB)

Bakı. Anaxanım Hidayətova - Trend

ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özü bəyan edib.

C.Uorlik "Twitter" səhifəsində bu il dekabrın 31-də Minsk qrupunun həmsədri vəzifəsindən gedəcəyini yazıb.

ABŞ Dövlət Departamentində 30 il çalışan diplomat "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" adlı iri vəkil bürosunda işləyəcək.

Qeyd edək ki, C.Uorlik 2013-cü ilin sentyabrından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti