...

Türkiyəli deputat: Dinc sakinlərə qarşı erməni hərbi təcavüzü Azərbaycana münasibətdə ikili standartların nəticəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 18:09 (UTC +04:00)
Dinc sakinlərə qarşı erməni hərbi təcavüzü Azərbaycana münasibətdə ikili standartların nəticəsidir.
Türkiyəli deputat: Dinc sakinlərə qarşı erməni hərbi təcavüzü Azərbaycana münasibətdə ikili standartların nəticəsidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Dinc sakinlərə qarşı erməni hərbi təcavüzü Azərbaycana münasibətdə ikili standartların nəticəsidir.

Bunu Trend-ə Türkiyə parlamentinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Kamil Aydın deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu dinc əhaliyə qarşı birinci dəfə deyil ki, cinayət törədir.

Millət vəkili bildirib ki, Avropa Azərbaycana münasibətdə ikili standartlar siyasətindən imtina etməlidir: "Bütün dünya Ermənistanı təcavüzkar ölkə kimi tanısa da, indiyədək ona qarşı heç bir ciddi tədbir görülməyib".

K.Aydın qeyd edib ki, Türkiyə, o cümlədən MHP Azərbaycanı dəstəkləyir: "Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməlidir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti