...

ATƏT-in baş katibi: Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2017 02:53 (UTC +04:00)

Bakı. Trend:

Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik. Trend-in məlumatına görə, bunu RBK-ya intervyusunda ATƏT-in yeni baş katibi Tomas Qreminger bildirib.

"Bizim xüsusi alətimiz - ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən başçılıq edilən və təmas xətti boyunca vəziyyətə diqqətlə nəzarət edən əməkdaşları olan missiyamız var. Biz son zamanlar baş verən alışmadan narahat idik", - deyə Qreminger bildirib.

Baş katib həmçinin deyib ki, onun rolu ondan ibarətdir ki, Minsk qrupunun üç həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına yönələn səylərinə dəstək olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti