Bakı. Ləman Zeynalova - Trend:
Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsinə səy göstərir.
Trend-in məlumatına görə, bunu RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində gərginliyin azaldılması üçün fəallıq nümayiş etdirir:
"ATƏT çərçivəsində əlavə müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə variantı hazırdır".