...

Deputat: Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində film çəkilməsinə ehtiyac var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2018 14:01 (UTC +04:00)
Azərbaycan deputatı Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində filmin çəkilməsini təklif edir.
Deputat: Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində film çəkilməsinə ehtiyac var

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan deputatı Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində filmin çəkilməsini təklif edir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

Bosniya və Hersoqovina soyqırımından sonra çəkilən “Leyla” filminin bu hadisənin tanınmasına təsir göstərdiyini deyən M.İbrahimqizi qeyd edib ki, ermənilər onların guya soyqırımına məruz qaldıqlarını dünyaya göstərmək üçün Hollivud səviyyəsində bir necə film çəkiblər: “Ermənilər Hollivudda soyqırımlarla bağlı bir necə film çəkiblər. Bizim də Xocalı faciəsi ilə bağlı Hollivud səviyyəsində filmin çəkilməsinə ehtiyacımız var. Etiraf etməliyik ki, Azərbaycanda beynəlxalq səviyyəli filmlər çox azdır. Amma biz Xocalı faciəsinə görə bunu etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti