...

Anar Bağırov: Avropa Məhkəməsində Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müsbət nəticə əldə oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2018 12:38 (UTC +04:00)
Avropa Məhkəməsində Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müsbət nəticə əldə oluna bilər.
Anar Bağırov: Avropa Məhkəməsində Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müsbət nəticə əldə oluna bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".

A.Bağırov qeyd edib ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır: "Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti