...

Deputat: Ərazi bütövlüyümüz təmin olunmadan jurnalistlərin Ermənistana səfərinin təşkili barədə təkliflər yolverilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2019 12:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsi barədə təkliflər yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, rəsmi şəxslər tərəfindən belə çağırışlar qəbuledilməzdir.

Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib: "Hər zaman demişik ki, sülh danışıqları aparıla bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".

O vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı qüvvələr var: "Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti