...

Qazax istiqa­mətin­də sərhəd döyüş məntə­qələri və yaşayış evləri atəşə tutuldu - DSX

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2019 09:18 (UTC +04:00)
Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub
Qazax istiqa­mətin­də sərhəd döyüş məntə­qələri və yaşayış evləri atəşə tutuldu - DSX

Bakı. Trend:

Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti