...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Azərbaycan Ordusuna dəstək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 11:00 (UTC +04:00)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini ifadə edir.

Trend-in məlumatına görə, Azərbaycanın Şanlı Ordusunun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə əməkhaqqılarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Azərbaycanın tarix yazdığı bu günlərdə Mərkəzin üzvləri Ermənistan Respublikasının təcavüzkarlıq aktı haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və öz ətrafından beynəlxalq nüfuzlu dünya liderlərini birləşdirən təşkilatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti