...

Xanlar Fətiyev: Bu Ali Baş Komandanın və ordumuzun Azərbaycanın mətinlik və mübarizə tarixində qızıl hərflərlə yazdığı şanlı bir səhifədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 13:04 (UTC +04:00)
Xanlar Fətiyev: Bu Ali Baş Komandanın və ordumuzun Azərbaycanın mətinlik və mübarizə tarixində qızıl hərflərlə yazdığı şanlı bir səhifədir

Bakı. Trend:

“Döyüş meydanınlarında hər gün yüzlərlə itki verərək, texnika və silah sursatlarını qoyub qaçan Ermənistanın sərhədə təxminən 70-100 km məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərində mülki əhalini raket zərbələri ilə atəşə tutması insanlıq əlehinə olan, beynəlxalq norma və qaydalara zidd olan bir cinayətdir. Azərbaycan hər zaman düşmənlərin layiqli cavabını verib, bundan sonra da belə olacaq. Biz hər birimiz Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə və qəhrəman hərbiçilərimizə inanırıq və güvənirik”. Bu açıqlamanı Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə dünən Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncənin və Mingəçevirin dinc əhalisinə qarşı törədilən cinayətlər cavabsız qalmadı və qalmayacaq:

“Gəncəni bu kimi pravovakasiya ilə qorxutmaq mümkün deyil. Dağıntilar və insan tələfatı olsa da şəhərdə insanlar öz stabil həyatlarını yaşayırlar. Xalqımız öz Ali Baş Komandanına, rəşadətli və mərd ordusuna inanır. Hər gün cəbhədən qələbə müşdəli xoş xəbərlər insanları daha inamlı, daha səbrli, daha da mübariz edir. Biz hər zaman ordumuzun, əsgərlərimizin yanındayıq. Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Bütün gücümüz və qüvvəmizlə çalışırıq ki, bu qazanılan qələbə də bizim də bir köməyimiz olsun” deyə Xanlar Fətiyev əlavə edib.

Müşahidə Şurasının sədri əlavə edib ki, bu gün Azərbaycan ordusu düşmənin istənilən həmləsinin, hücumunun qarşısını almaq gücündədi. Buna həm hərbiçilərimizn bilik və bacarığı, qabiliyyəti, həm də maddi texniki bazası imkan verir:

“Azərbaycan bu müharibədə bir daha sübut edir ki, mərd, qorxmaz, döyüşkən ordusu var. Ölkə rəhbərliyinin qətiyyəti, mübarizliyi hərbiçilərimiz və xalqımızı daha da ruhlandırır. Yaxın günlərdə daha da böyük qələbə müşdələrimiz var və bu davamlı olacaq. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın haqq səsini həm döyüş meydanlarında, həm də siyası arenada və informasiya savaşında bütün dünyaya çatdırmağa nail oldu. Bu Ali Baş Komandanın və ordumuzun Azərbaycanın mətinlik və mübarizə tarixində qızıl hərflərlə yazdığı şanlı bir səhifədir” deyə Xanlar Fətiyev əlavə etdi.

X.Fətiyev sözlərinə görə ölkə başçısı İlham Əliyevin Azərbaycan vətəndaşlarına müraciəti bir daha sübut etdi ki, Ali Baş Komandan tarixi torpaqlarımız sonuncu kəndinə qədər qaytarılmayınca, sonuncu erməni hərbiçisi Azərbaycan torpaqlarını tərk etməyincə heç bir atəşkəsdən və danışıqlardan söhbət belə gedə bilməz. Cənab Prezidentin bu sözləri çox qürurvericidir:

“Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.

Ali baş komandanın xalqa müraciətindəki bu mətinlik, bu qətiyyət, bu mübarizlik onu göstərir ki, caəna İlham Əliyev orduya, Azərbaycan xalqına, ordu da, xalq da öz liderinə arxalanır, güvənir, etibar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti