...

“Avis Tibbi Marketlər Şəbəkəsi” Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2020 12:43 (UTC +04:00)
“Avis Tibbi Marketlər Şəbəkəsi” Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat   ianə edib

Bakı. Trend:

“Avis Tibbi Marketlər Şəbəkəsi”, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı şücaətli siyasətilə qürür duyur və bu layiqli missiyasını fəxrlə dəstəkləyir.

Qeyd edək ki, “Avis Tibbi Marketlər Şəbəkəsi” Müqəddəs torpaqlarımız olan Qarabağımızın düşmən işğalından azad olunması uğrunda qanı və canı bahasına mübarizə aparan cəsur və yenilməz ordumuza , igid əsgərlərimizə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna artıq 10000 manat vəsait ianə etmişdir və bundan sonra da maddi və mənəvi dəstəyini davam etdirəcəyini bildirir.

Ordumuzun zəfər xəbərlərini hər gün həyəcanla izləyir və onlarla fəxr edirik!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti