...

Svante Kornell: Almaniya XİN-in bəyanatı Qarabağ münaqişəsinin mahiyyətini dərk etməmənin nəticəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2020 13:46 (UTC +04:00)
Svante Kornell: Almaniya XİN-in bəyanatı Qarabağ münaqişəsinin mahiyyətini dərk etməmənin nəticəsidir

Bakı. Nərgiz Sadıxova - Trend:

Almaniya Xarici İşlər nazirinin bəyanatı beynəlxalq ictimaiyyətin son otuz ildə Dağlıq Qarabağ münaqişəsinə münasibətini əks etdirir.

Bunu Trend-ə Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.

O bildirib ki, nazirliyin bu bəyanatı təəccüb doğurmur:

“Çünki, bu dünya ictimaiyyətinin son otuz il ərzində mövqeyini əks etdirir. Bunu yalnız belə xülasə etmək olar: münaqişəni həll etmək deyil, xoşagəlməzlikdən qaçmaq niyyəti. Digər sözlə, münaqişəni bir daha “dondurmaq””.

S.Kornellin sözlərinə görə, əlbəttə ki, hər dəfə münaqişə kəskinləşəndə ən təbii arzu zorakılığı dayandırmaqdır:

“Amma mənə elə gəlir ki, bu bəyanatda vəziyyətin dərk olunmadığı görünür və ya müəyyən anlaşılmazlıq əks olunur. Bəyanat onu nəzərdə tutur ki, atəşkəs hər iki tərəf üçün müsbət cəhətlər daşıyır. Amma o fakt nəzərə alınmır ki, Azərbaycan üçün dərhal atəşin dayandırılması öz ərazilərinin işğalı vəziyyətinə qayıtmaq deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti