...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Gəncədən seçilən deputatlara məktub ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2020 12:41 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Gəncədən seçilən deputatlara məktub ünvanlayıb

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən Gəncə şəhərindən Milli Məclisə seçilən deputatlar Naqif Həmzəyev və Pərvin Kərimzadəyə məktub ünvanlanıb.

Trend-in məlumatına görə, oktyabrın 11-i gecə saat 2 radələrində işğalçı Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atılan qadağan olunmuş raket zərbəsi nəticəsində dinc sakinlərin vəfatı ilə əlaqədar başsağlı verən Mərkəzin üzvlərinin imzaladığı məktubda qeyd edilir: “Birləşmiş Millətlər Təşkilatı və bütün beynəlxalq cəmiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti