Bakı. Trend:
Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildiriblər.
Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.
Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.