...

Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb - MN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2020 13:28 (UTC +04:00)
Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb - MN

Bakı. Trend:

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti