...

BMT-NİN BAŞ ASSAMBLEYASININ GÜNDƏLİYİNƏ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ VƏZİYYƏTƏ DAİR BƏND DAXİL EDİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2005 12:18 (UTC +04:00)

BMT-nin Baş Assambleyasının 60-cı sessiyasının gündəliyinə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair bənd daxil edilib. Trend in xəbər verdiyi kimi, qərar BMT-nin Baş Assambleyasının 59-cu sessiyasının sonuncu günündə, sentyabrın 12-də Nyu-Yorkda xarici işlər naziri Qabon Jan Pinqin sədrliyi ilə keçirilən iclasda yekdilliklə qəbul olunub.

Azərbaycanın BMT-də daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, BMT-nin Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünün prinsipal mövqeyini bir daha nümayiş etdirib. "Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, assambleya bu məsələnin müzakirəsinin davam etdirilməsi ilə bağlı qərar qəbul edib. Bu, öz növbəsində, işğal olunmuş ərazilərin azad olunmasında vacib diplomatik-siyasi nüansdır", - deyə o qeyd edib.

Qeyd edək ki, bu məsələnin gündəliyə daxil edilməsi haqqında qərar Ermənistan tərəfinin etirazına baxmayaraq qəbul olunub.

Xəbər lenti

Xəbər lenti