...

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2006 12:18 (UTC +04:00)

Avqustun 11-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən atəşkəs təkrarən pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni hərbçiləri saat 01.25-dən 02.00-dək Tərtər rayonunun Çaylı kəndinin 4 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, saat 01.40-dan 02.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km şərqində yerləşən mövqelərindən isə Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti