...

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü Brüsseldə keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2006 11:09 (UTC +04:00)

Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyanın növbəti görüşü noyabrın 14-də Brüsseldə keçiriləcək. Trend in "Azadlıq" radiosuna istinadən xəbər verdiyi kimi, bu barədə Ermənistan XİN başçısı Vardan Oskanyan bəyan edib.

O qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi üçün əsas yoxdur. "Yalnız noyabrın 14-də Brüsseldə Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra prezidentlərin görüşünün keçirilib-keçirilməyəcəyi qərara alınacaq", - deyə o əlavə edib.

V.Oskanyan Paris görüşünü "normal və konstruktiv" adlandırıb. "Deyə bilmərəm ki, təmas nöqtəsi var. Ancaq mövqelərin yaxınlaşması imkanları mövcuddur. Biz Moskva görüşündə təklif olunmuş yeni prinsipləri müzakirə etməyə çalışmışıq", - deyə V.Oskanyan bildirib.

Nazir vurğulayıb ki, bu prinsiplər onun Dağlıq Qarabağa səfəri çərçivəsində də müzakirə olunub və ümumi mövqe əldə edilib.

Xəbər lenti

Xəbər lenti