...

Novruz Məmmədov: Dağlıq Qarabağın statusu müəyyən edilməzdən öncə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2006 12:57 (UTC +04:00)

Praqa prosesi ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını nəzərdə tutur. Trend in xəbər verdiyi kimi, bu barədə prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Hovruz Məmmədov Ermənistan tərəfinin münaqişənin nizamlanması çərçivəsində digər məsələləri həll etməzdən öncə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

O qeyd edib ki, münaqişənin mərhələli həllinə əsasən, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı bütün rayonlar azad olunmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Bundan sonra qaçqın və məcburi köçkünlər Dağlıq Qarabağa qayıdacaq və yalnız o zaman bu bölgənin statusu ətrafında müzakirələrə başlana bilər.

Xəbər lenti

Xəbər lenti