...

ATƏT-in Minsk qrupu həmsədrləri bu gün Bakıya gələcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2007 12:34 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsdərləri yanvarın 23-də axşam Bakıya gələcəklər. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr üzrə departament rəhbəri Conatan Henik bildirib.

Onun sözlərinə görə, vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə iki günlük məsləhtləşmələrdən sonra Moskvadan Bakıya gəlirlər. Plana əsasən, yanvarın 24-də artıq Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla məsləhətləşmələr aparacaqlar. Onların prezident İlham Əliyev tərəfindən qəbul ediləcəkləri də gözlənilir.

Qeyd edək ki, həmsədrlər Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuriy Merzlyakov (Rusiya) Bakıdan sonra Yerevana yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti