Fevralın 14-də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mandatına əsasən Azərbaycan respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında qoşunların təmas xəttində monitornq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səhra köməkçiləri Qyunter Folk və Miroslav Vimetal keçirəcək.
Təmas xəttinin qarşı tərəfində keçiriləcək monitorinqdə isə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İmre Palatinus iştirak edəcək.