...

Xəzər-Qafqaz beynəlxalq komissiyası Cənubi Qafqazda dondurulmuş münaqişələrlə bağlı hesabat hazırlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2007 15:52 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Xəzər-Qafqaz beynəlxalq komissiyası ilin sonunadək Cənubi Qafqazdakı vəziyyətlə bağlı hesabat üzərində işi başa çatdıracaq. Sənəd həm dondurulmuş münaqişələr, həm də regional energetika layihələri və demokratik prosesləri əhatə edəcək. Bu barədə komissiyanın üzvü Erkin Qadırlı məlumat verib.

O, qeyd edib ki, hesabat 2008-ci ilin yanvarında Sloveniya Avropa Şurasında rəhbərlik etməyə başladıqdan sonra müzakirə olunacaq. Bu il Xəzər-Qafqaz komissiyasının üzvləri faktların yığılması üçün Dağlıq Qarabağa missiya göndərəcək. Missiyanın nəticələrinə görə, məruzə hazırlanacaq, həmçinin Ankara, Tehran, Yerevan, Bakı, Tiflis, Moskva, Brüssel, Vaşinqton və Londonda müzakirə və müşavirələr keçiriləcək.

Xəzər-Qafqaz komissiyası 2007-ci ilin fevralında yaradılıb. Komissiya 14 ölkə nümayəndələrindən ibarətdir və dörd istiqamətdə - Xəzər-Qafqaz regionu dövlətlərinin demokratik islahatları, dondurulmuş münaqişələr, energetika məsələləri və Avropa ilə münasibətlər istiqamətində fəaliyyət göstərir.

Xəzər-Qafqaz komissiyasının rəhbəri Sloveniyanın xarici işlər naziri Dmitri Rupeldir. Komissiya müavinləri Artur Baqdasaryan və Türkiyə nümayəndəsi Mustafa Aydındır.

Xəbər lenti

Xəbər lenti