...

ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsinin həlli üçün mövcud imkandan yararlanmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2007 15:09 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsinin həlli üçün mövcud imkandan yararlanmağa çağırır

ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya xarici işlər naziri Miqel Anxel Moratinos Mediamaks agentlyiinə eksklüziv müsahibəsində bəyan edib ki, Ermənistanla Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün mövcud imkandan yararlanmalıdır.

"Mən bilirəm ki, iki ölkə üçün mövcud problemlərin həlli vacib prioritetdir və bu səbəbdən məsələyə optimizmlə yanaşıram. İki tərəf mövcud imkandan yararlanmalıdır. İndi bu addımı atmaq üçün ən məqbul vaxtdır" - deyə bu gün Bakı və Yerevan səfərinə başlayan ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

Moratinos bildirib ki, Madriddə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü olduqca faydalı xarakter daşıyıb.

"Mən səfir Fasye ilə Merzlyakovu və ABŞ dövlət katibi müavininin köməkçisi Brayzanı gözəl işlə əlaqədər təbrik edirəm. Eyni zamanda Ermənistan və Azərbaycan hökumətlərinə vasitəçilərlə işləməyə hazır olduqları üçün minnətdarlığımı bildirirəm" - deyə İspaniya XİN başçısı qeyd edib.

Azərbaycanın Dağlıq Qarabağda referendum ideyasına razılıq verməyə hazır olmasına inanıb-inanmadığına gəldikdə isə Moratinos bunu deyib: "Suverenlik və ərazi bütövlüyü prinsipi ilə xalqların öz müqəddaratını həll etmək hüququnu balanslaşdırmaq asan deyil. Hər ikisi müxtəlif hallarda tətbiq edilə biləcək universal prinsipdir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh və firavan həyat yaşamaq hüququna malik minlərlə insana zərbə vuran durumun nizamlanması üçün ən məqbul vasitələrdən istifadə edərək qərar tapa bilərlər".

ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin - Rusiyanın Kosovonun mümkün müstəqilliyinin digər dondurulmuş münaqişələrin həllində presedent rolunu oynaya biləcəyi haqda mülahizəsini, ABŞ və Fransanın isə əks mövqedən çıxış etməsini şərh edən Moratinos "ATƏT ərazisində mövcud münaqişələr bir-birindən çox fərqlənir. Fransa, Rusiya və ABŞ hesab etmirlər ki, öncədən müəyyənləşdirilmiş formulaların tətbiqi düzgündür, çünki durumlar arasındakı böyük fərqlər onların işlək olmasına xidmət etməyəcək".

Xəbər lenti

Xəbər lenti