...

BMT Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri"ni tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova/ BMT-nin Azərbaycandakı rezident- koordinatoru Bruno Puezad bəyan edib ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağ" respublikasını tanımır.

O həmçinin bildirib ki, BMT tanınmamış dövlət tərəfindən keçirilən "prezident seçkiləri"ni də tanımır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəmnində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olub və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti