...

Tacikistan prezidenti: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bəyanatı nikbinlik üçün əsas verir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2007 15:50 (UTC +04:00)
Tacikistan prezidenti: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bəyanatı nikbinlik üçün əsas verir"

Azərbaycan, Bakı/ Trend , müxbir A.İsmayılova/ Tacikistan prezidenti İmoməli Rəhmon bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici söz yenə də münaqişə ölkələrinin və onların liderlərinindir.

"Azərbaycan və Ermənistan prezidentlərini tanıyaraq əminəm ki, onlar Cənubi Qafqazda sülh və sabitliyi qoruyub saxlamaq məqsədilə əllərindən gələni edəcəklər. Bu, Qafqaz kimi mühüm regionda yaşayan bütün xalqların maraqlarına uyğundur" - deyə Tacikistan prezidenti bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda, həmçinin Mərkəzi Asiyada regional sabitliyə təhlükə hələ də qalmaqdadır.

"Müharibənin bütün dəhşətlərini yaşayan bir ölkə kimi Tacikistan bütün mövcud olan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qəti tərəfdarıdır" - deyə o bildirib.

Prezident bütün çətinliklərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışqları davam etdirmək arzusunun vacib olduğunu bildirib.

İmoməli Rəhmonun fikrincə, ATƏT-in Minsk qrupunun institutunun yaradılması sülh danışıqları prosesinin fəallaşmasına təsir göstərir və Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı nikbinlik üçün əsas verir.

Xəbər lenti

Xəbər lenti