...

Azərbaycanda müğənnilərin vergidən yayınmasının qarşısını almaq üçün qanun layihəsi hazırlanır

Siyasət Materials 18 Sentyabr 2007 17:23 (UTC +04:00)
Azərbaycanda müğənnilərin vergidən yayınmasının qarşısını almaq üçün qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanda müğənnilərin vergidən yayınmasının qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanır. Bu barədə çərşənbə axşamı Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məlumat verib.

"Şou-biznes haqqında" qanun layihəsinin hazırlanmasında əsas məqsəd müğənnilərin vergidən yayınmasının qarşısını almaqdır. Çünki hazırda müğənnilərdən vergi yığmaq ciddi problemə çevrilib. Ona görə də belə bir qanunun qəbul olunmasına ehtiyac var", -deyə komissiya sədri bildirib.

Azərbaycanda şou-biznes geniş füsət alsa da, bu sahədə baş verən prosesləri tənzimləyəcək qanun yoxdur.

Onun fikrincə, bəzi müğənnilər öz populyarlıqlarından istifadə edərək, müxtəlif işlərlə məşğul olunlar: "Bütün bunlara görə, şou-biznes sahəsinin hüquqi cəhətdən tənzimlənməsinə ehtiyac var".

O qeyd edib ki, "Şou-biznes haqqında" qanunun hazırlanması məsələsi razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti