...

Azərbaycanın səfiri etimadnaməsini Tacikistan prezidentinə təqdim edib

Siyasət Materials 21 Sentyabr 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın Tacikistana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev cümə günü etimadnaməsini bu ölkənin prezidenti Emaməli Rəhmona təqdim edib. Bu barədə cümə günü Tacikistan prezidentinin rəsmi saytı xəbər verib.

Əliyev jurnalistlərə açıqlamasında, Tacikistanda Azərbaycan səfirinin fəaliyyətə başlamasının hər iki xalqın ümumi mənafeyinə xeyir gətirəcəyinə inandığını deyib.

Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı sərəncamla, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general-leytenant Məhərrəm Əliyev Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən bu il uyunun sonunda azad edilib.

Xəbər lenti

Xəbər lenti