...

Azərbaycan prezidenti Rumıniyanın Ploeşti şəhərinin görməli yerləri ilə tanış olacaq

Siyasət Materials 25 Sentyabr 2007 15:13 (UTC +04:00)

Rumıniya, Buxarest / Trend müxbir Y.Əliyev/ Rumıniyaya ikigünlük işgüzar səfərinin ikinci günündə Azərbaycan prezidenti İlham Əliyev Ploeşti şəhərində olub. Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət başçısı günün birinci yarısında köhnə saatlar və neft muzeyinə baş çəkib. Səfər proqramında, həmçinin 2004-cü ildə İlham Əliyevə fəxri doktor dərəcəsi verilən Neft-Qaz Universitetinə ziyarət də nəzərdə tutulub.

Prezidentin ikigünlük səfəri çərşənbə axşamı günün ikinci yarısında başa çatacaq. Səfər zamanı prezidenti ölkənin birinci xanımı Mehriban Əliyeva müşayiət edir.

Səfərin birinci günü Azərbaycan prezidenti rumıniyalı həmkarı Trayan Basesku ilə danışıqlar aparıb, Buxarestdə Heydər Əliyev Fondunun filialının və Heydər Əliyev adına parkın açılış mərasimlərində iştirak edib.

Xəbər lenti

Xəbər lenti