...

Azərbaycan Prezidenti Türkiyənin iş adamlarını qəbul edib

Siyasət Materials 2 Oktyabr 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul edib. Prezident Əliyev Azərbaycanda "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyib. Dövlət başçısı belə tədbirlərin regional əməkdaşlıq məsələlərinə dəyərli töhfə verdiyini bildirib. Arzuxan Doğan bu konfransın keçirilməsini yüksək qiymətləndirərək, onun həm bütövlükdə region üçün, həm də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olacağını deyib.

Xəbər lenti

Xəbər lenti