...

Rusiyalı politoloq: Rusiyanın parlament respublikasına çevrilmək ehtimalı yoxdır

Siyasət Materials 2 Sentyabr 2007 02:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A. Qasımova/ "Vladimir Putinin "Vahid Rusiya" seçki siyahısına başçılıq etməyə razılıq verməsi hələ bizim ölkənin prezident respublikasından parlament respublikasına keçmək deməsi deyil" - deyə rusiyalı politiloq, Moskvada yerəşən "Panorama" informasiya-təhqiqat mərkəzinin direktoru Vladimir Pribılovski bildirib.

Rusiya prezidenti Vladimir Putin hakim " Vahid Rusiya " partiyasının federal qurultafında sensasiyalı bəyanatla çıxış edib . Dekabra nəzərdə tutulan parlament seçkilərində partiya siyasına rəhbərlik edəcəyini deyən Putin, prezident müddətinin başa çatandan sonra baş nazir olacağını istisna etmədi . Onun sözlərinə görə , o hökümətə iki halda başçılıq edəcək - partiya parlament seçkilərində qələbə qazansa və növbəti seçilən prezident " tərbiyəli ,i şqabiliyyətli , müasir " insan olsa . Putin, həmçinin , ona üçüncü müddətə qalmağa imkan yaradan Konstitusiya dəyişikliyini rədd etdi .

Pribılovski deyib ki , "Putin şəxsən özü barədə qeyri formal referendum keçirmək istəyir ". Politoloqun sözlərinə görə , dekabrın 2-də keçiriləcək səsvermə formaca parlament seçkisi olsa da, funksiya etibarilə şəxsən Vladimir Putinə etimad barədə referendum olacaq .

" Bu cələcək prezident varisinin onun fikri ilə hesablaşması üçün lazımdır " - deyə Pribılovski bildirdi . Onun sözlərinə görə , Putin 72 faiz səs yığacaq , çünki prezident seçkilərində oun yığdığı 71 faizi təkrarlaya bilməzlər .

" Beləliklə , varis , məsələn , 61 faiz səs yığıb may ayında Putini baş nazir təyin edəcək " - politoloqun fikri belədir .

Xəbər lenti

Xəbər lenti