...

Prezident İlham Əliyev Azərbaycan-Moskva hökumətlərarası iqtisadi komissiyanın həmsədrini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Moskva merinin birinci müavini, Azərbaycan-Moskva hökumətlərarası iqtisadi komissiyanın həmsədri Lyudmila Şvetsovanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanda Moskvanın mədəniyyət günlərinin və Azərbaycan-Moskva hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsinin əhəmiyyətinə toxunub. O, bu tədbirlərin Azərbaycanla Rusiya arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərdiyini bildirib. Şvetsova Moskva meri Yuri Lujkovun salamlarını prezident Əliyevə çatdırıb. 1997-ci ildən Azərbaycanla Moskva hökuməti arasında əməkdaşlıq haqqında müqavilənin olduğunu deyən qonaq Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini söyləyib.

Xəbər lenti

Xəbər lenti