...

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda dörd istirahət günü olacaq

Siyasət Materials 8 Oktyabr 2007 19:07 (UTC +04:00)
Ramazan bayramı ilə əlaqədar Azərbaycanda dörd istirahət günü olacaq

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda Ramazan bayramı ilə əlaqədar oktyabrın 12-si, 13, 14 və 15-i rəsmən iş günü olmayacaq. Bu barədə bazar ertəsi Trend ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, hökumətin 2006-cı il 16 dekabr tarixli qərarına əsasən, Ramazan bayramı bu il oktyabrın 12-13-də qeyd olunmalıdır. Bayram günlərdən biri - 13 oktyabr şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün, həmin günün vaxtı növbəti həftənin bazar ertəsinə keçirilir. Beləliklə, 12 oktyabrdan 15 oktyabradək (cümə günündən bazar ertəsinədək) iş günü sayılmayacaq.

Xəbər lenti

Xəbər lenti