...

Rays: "ABŞ bir sıra məsələlərlə bağlı RF ilə fikir ayrılıqlarını aradan qaldırmaq niyyətindədir"

Siyasət Materials 12 Oktyabr 2007 16:13 (UTC +04:00)
Rays: "ABŞ bir sıra məsələlərlə bağlı RF ilə fikir ayrılıqlarını aradan qaldırmaq niyyətindədir"

ABŞ Dövlət Katibi Kondoliza Rays bəyan edib ki, ABŞ bir sıra məsələlərlə bağlı RF ilə fikir ayrılıqlarını aradan qaldırmaq niyyətindədir, RİA Novosti -nin məlumatında belə deyilir.

"Mənə məlum olduğu kimi, bu sahədə bizim əməkdaşlığımızın necə inkişaf etməli olması barədə sizin öz fikirləriniz var və biz belə konstruktiv mövqeni dəstəkləyirik" - deyə Putin bildirib. Prezidentin fikrincə, amerikalı tərəfdaşların dialoqun davam etdirilməsi ilə bağlı mövqeyi "çox müsbət bir əlamətdir".

"Bizim aramızda bəzi fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq, biz bu fikir ayrılıqlarını aradan qaldırmağa çalışacağıq" - deyə ABŞ Dövlət Katibi RF prezidentinin RƏMS məsələləri ilə bağlı məsləhətçilərilə keçirdiyi görüş zamanı bidirib.

Rays qeyd edib ki, ABŞ prezidenti Corc Buş müdafiə və xarici işlər nazirləri ilə birgə görüş zamanı bir sıra problemləri həll edə biləcək. Raysın sözlərinə görə, Buş "birgə tapşırıqların həllinə nail olmaq yolunu" tapmaq istərdi.

O qeyd edib ki, Rusiya və ABŞ-ın terrorizmə qarşı birgə mübarizə aparması iki ölkəni birləşdirir. "Bu bizim fikir ayrılıqlarımızın aşkar edilməsi məsələsindən vacibdir" - deyə Rays bildirib və dialoqun maraqlı keçəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti