...

Azərbaycan parlamentinin deputatları Almaniya Bundestaqında təcrübə keçəcəklər

Siyasət Materials 16 Oktyabr 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Almaniya Bundestaqında təcrübə keçəcəklər. Bu barədə çərşənbə axşamı Azərbaycanda səfərdə olan Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri, Almaniya Bundestaqının üzvü Şteffen Rayxe məlumat verib.

Onun sözlərinə görə, oktyabrın sonlarında Bundestaqının nümayəndə heyəti Bakıya gələcək və Almaniyada təcrübə keçəcək azərbaycanlı deputatları seçəcəklər.

Azərbaycanlı deputatlar 2008-ci ilin mart ayında Almaniyaya gedəcək və 15 həftə müddətində Bundestaqda təcrübə keçəcəklər.

Xəbər lenti

Xəbər lenti