...

"Bizim Azərbaycan" bloku müxalifət partiyalaranın memorandum imzalamasını təklif edir

Siyasət Materials 22 Oktyabr 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" bloku bütün müxalifət partiyalarının gələn il keçiriləcək prezident seçkisinə qədər qarşılıqlı ittihamlara yol verməmək, bir-biri ilə deyil, yalnız hakimiyyətdəki siyasi qüvvə ilə mübarizə aparmaq haqqında memorandum imzalamasını təklif edir. Bu barədə bazar ertəsi Blokun sədri Vüqar Bəyturan açıqlama verib.

Blok hesab edir ki, qarşıdakı bir il ərzində müxalifət daxilində qarılıqlı ittihamlar, münaqişələr müxalif düşərgənin maraqlarına və seçkidə qələbə qazanmasına imkan yaratmır. Blok müxalifətçilərin bir-biri ilə mübarzə aparmamasına dair öhdəlik götürmələrini əks etdirən memorandum hazırlayacaq və siyasi partiyalara ünvanlayacaq.

"Bizim Azərbaycan" bloku həmçinin Seçki Məcəlləsi ətrafında müzakirələr sona çatmadan bir sıra partiyaların seçkidə iştirakla bağlı qərarlar qəbul etməsini pisləyir.blok hesab edir ki, bu, iqtidarın maraqlarına cavab verir və hakimiyyətə qarşıdakı prezident seçkilərinin indiki Seçki Məcəlləsi ilə keçirməyə əsas yaradır.

Prezident seçkisində iştirak edəcəyinə dair Müsavat, ADP, Ümid, Böyük Quruluş partiyaları rəsmi açıqlamalar veriblər.

"Bizim Azərbaycan" blokunda 8 müxalifətyönlü partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti