...

Daşkəsəndə narkotik maddə satıcısı tutulub

Siyasət Materials 23 Oktyabr 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Gədəbəy / Trend , müxbir G.Rafiqqızı/ Gəncə şəhər sakini, bir kiloqram marixuananı satmaq istəyərkən, saxlanılıb. Trend in bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi Rafael İsmayılov bildirib. Saxlanılan 1961-ci il təvəllüdlü Xartumov Abdülrəşid Hacı oğlu 1 kiloqram marixuananı oktyabrın 22-də Daşkəsən rayonunda 600 dollara satmaq istəyərkən tutulub.

İsmayılov bildirib ki, Daşkəsən rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xartumov dargin millətindəndir.

Xartumov Azərbaycan vətəndaşıdır və paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə yaşayır. Faktla bağlı Daşkəsən rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti