...

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri hələ fəaliyyətini bərpa etməyib

Siyasət Materials 30 Oktyabr 2007 12:20 (UTC +04:00)
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri hələ fəaliyyətini bərpa etməyib

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi artıq ikinci gündür ki, təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

"ABŞ səfirliyi hələ fəaliyyətini bərpa etməyib, rəhbərlik daha bir, və ya iki gün gözləməyi qərara alıb" - deyə çərşənbə günü səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib.

Səfirlik fəaliyyətini bazar ertəsi mümkün terror aktı ilə bağlı məlumatın əldə edilməsindən sonra dayandırıb. ABŞ səfirliyi və Böyük Britaniyanın diplomatik missiyası ilə yanaşı "BP Azərbaycan"ın iri şöbəsi, həmçinin Norveçin "StatoilHydro" şirkətinin "Landmark" biznes mərkəzində yerləşən ofisləri fəaliyyətini dayandırıb.

"Ofislərin bu gün açılıb-açılmayacağı hələ məlum deyil" - deyə Böyük Britaniya səfirliyindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti