...

İsrail prezidenti Baş nazir Olmertin sağalacağına və ölkəni idarə edəcəyinə ümid edir

Siyasət Materials 30 Oktyabr 2007 17:54 (UTC +04:00)
İsrail prezidenti Baş nazir Olmertin sağalacağına və ölkəni idarə edəcəyinə ümid edir

İsrail, Qüds / Trend , müxbir R.Məmmədov/ İsrail prezidenti ümid edir ki, prostat vəzin xərçəngindən əziyyət çəkən Baş nazirin səhhəti yaxşılaşacaq və o, yenidən ölkəni idarə edə biləcək. "Ümid edirəm ki, baş nazirin səhhəti yaxşılacaq və İsraili yüksək səviyyədə idarə edə biləcək. Mən Olmertə can sağlığı və uğurlar arzulayıram" - deyə İsrail prezidenti Şimon Peres Tel-Əviv Trend ə eksklüziv olaraq bildirib.

Bir gün əvvəl xüsusi olaraq çağrılmış mətbuat konfransında İsrailin baş naziri Ehud Olmert bildirib ki, həkimlər onun prostat vəzində xərçəng şişinin ilkin mərhələsini aşkar ediblər. Olmert bildirib ki, cərrahi əməliyyat keçməlidir və əməliyyata qədər ölkəni idarə etmək iqtidarında deyil.

Olmertin həkimləri mətbuat konfransında bildiriblər ki, xərçəng şişinin məhz bu mərhələdə aşkar olunması çox mühüm əhəmiyyət daşıyır və nazirin sağalacağına böyük ümidlər verir. Həkimlər bildiriblər ki, cərrahi müdaxilə və ya ambulator müayinə tələb olunur.

Adlarının gizli saxlanmasını istəyən İsrail ekspertləri hesab edirlər ki, baş nazirin müayinəsi dövründə hakimiyyəti, müvəqqəti olaraq, Baş nazirin birinci müavini, xarici işlər naziri Tsipi Livni idarə edə bilər.

Xəbər lenti

Xəbər lenti