...

Azərbaycan hərbiçiləri NATO-nun tədbirdərinə qatılıb

Siyasət Materials 12 Noyabr 2007 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Ankara şəhərində bu gün başlanılan "Sülhməramlı əməliyyatlarda qaçqınların idarə edilməsi" üzrə kurslarda iştirak edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, Azərbaycan hərbçiləri, həmçinin noyabrın 13-də başlanılacaq Xorvatiyanın Split şəhərində "Combined Endevor 2008" təliminin ilkin planlaşdırma konfransında iştirak edəcəklər. Hər iki tədbir noyabrın 16-da başa çatacaq.

Azərbaycan ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq hərbçilər Riqa şəhərində noyabrın 12-də başlanılan hərbi-siyasi məsləhətləşmələrdə iştirak edir.

Xəbər lenti

Xəbər lenti