...

Azərbaycan neftinin qiyməti qalxıb

Siyasət Materials 21 Noyabr 2007 19:28 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend , müxbir A. Bədəlova/ CİF Augusta neftinin qiyməti noyabrın 20-də $94,77/barr təşkil edib. Cümə günü, 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, çərşənbə günü neftin qiyməti bazar ertəsinə nisbətən $2,72/barr. artıb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə, Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Ötən ilin sonuna qədər neft "Bakı-Supsa" kəməri vasitəsilə Gürcüstanın Supsa limanına da ixrac olunurdu. 2006-cı ilin noyabr ayından etibarən , bu kəmərdə təmir işləri aparılır.

ARDNŞ-dən verilən məlumata görə, FOB Ceyhan neftinin qiyməti noyabrın 20-də $93,63/barr təşkil edib, bu isə ötən qiymətdən $2,75/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

URAL (EX-NOVO) neftinin qiyməti noyabrın 20-da $91,33/barr təşkil edib, bu isə ötən qiymətdən $2,83/barr çoxdur.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti noyabrın 20-də $94,3/barr təşkil edib, bu isə, ötən qiymətdən $2,61/barr çoxdur.

Xəbər lenti

Xəbər lenti