...

MSK sədri: "Seçki Məcəlləsinə əlavə və dəyişiliklərə dair təkliflər layihəsi hazırlanır"

Siyasət Materials 27 Noyabr 2007 17:38 (UTC +04:00)
MSK sədri: "Seçki Məcəlləsinə əlavə və dəyişiliklərə dair təkliflər layihəsi hazırlanır"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişiliklərə dair təkliflər layihəsi hazırlanır. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə axşamı jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hökumətlə Avropa Şurasının Venesiya Komissiyası arasında danışıqlar daim davam etdirilir.

Venesiya Komissiyasının, İFES-in təkilatçılığı ilə, noyabrın 7-9 da Bakıda Seçki Məcəlləsinə əlavə və dəyişiliklər edilməsi ilə bağlı müzakirələr keçirilmişdi. Toplantıda siyasi partiyalar seçki qanunvericiliyinə dair müxtəlif təkliflərini səsləndiriblər.

Pənahov bildirib ki, hazırda Seçki Məcəlləsinə əlavə və dəyişiklik üçün təkliflərdən ibarət sənəd hazırlanır və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək. MSK sədrinin sözlərinə görə, bundan sonrakı proses - sənədin müzakirələri, qəbul olunub-olunmayacağı parlamentin səlahiyyətinə aiddir.

Xəbər lenti

Xəbər lenti