...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 4 Dekabr 2007 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 23.10-dan dekabrın 4-ü saat 01.00-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı, Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 00.40-dan 00.50-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda javab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti