...

Bakının icra hakimiyyəti diplomatik şəhərciyin tikintisi üçün ərazi ayıracaq

Siyasət Materials 10 Dekabr 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanın xarici işlər naziri Bakı Şəhərinin İcra Hakimiyyətinə diplomatik şəhərciyin tikintisi üçün ərazi ayırması məqsədilə müraciət edib.

XİN-nin mətbuat katibi Xəzər İbrahimin bazar erməsi jurnalistlərə verdiyi məlumata görə, nazirlik tcra hakimiyyətinin cavabını gözləyir.

"Bir çox ölkələrdə, ölkədə fəaliyyət göstərən diplomatik korpuslar üçün xüsusi ərazi ayrılması təcrübəsi mövcuddur. Bu, diplomatik korpusların təhlükəsizliyinin təmin edilməsini yüngülləşdirir və diplomatların ailələrinin bu ölkədə yaşayışını rahat edir" - deyə mətbuat katibi bildirib.

Azərbaycanda 30-dan çox ölkənin diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Onlardan bəziləri İçəri-Şəhər tarixi-memarlıq qoruğunda yerləşib. Qoruğun rəhbərliyi, qoruğu mühafizə etmək məqsədilə, diplomatik missiyalardan, bu ərazidən köçmələrini tələb edib.

Xəbər lenti

Xəbər lenti